“Araz Supermarket” cərimələnib

“Araz Supermarket” cərimələnib İş hakim Babək Pənahovun icraatındadır
Hadisə
15 Aprel , 2021 15:54
“Araz Supermarket” cərimələnib

"Araz Supermarket” MMC-yə inzibati protokol yazılıb.

“Report”un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib etdiyi protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatındadır.

Qeyd edək ki, bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

“Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.

Son xəbərlər

Orphus sistemi