AQTA-nın adından istifadə edib rüşvət alan şəxslər apellyasiya şikayəti verib

AQTA-nın adından istifadə edib rüşvət alan şəxslər apellyasiya şikayəti verib Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
Hadisə
11 Fevral , 2019 10:41
AQTA-nın adından istifadə edib rüşvət alan şəxslər apellyasiya şikayəti verib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

"Report"un məlumatına görə, təqsirləndirilən şəxslərin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim İlqar Murquzovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və ayrı-ayrı rayonlarda fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ikə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi