"Aqrolizinq" rəhbərinin atasının evindən oğurluq edən şəxslərə hökm oxunub

"Aqrolizinq" rəhbərinin atasının evindən oğurluq edən şəxslərə hökm oxunub Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Oktyabr , 2018 15:48
Aqrolizinq rəhbərinin atasının evindən oğurluq edən şəxslərə hökm oxunub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V,İbrahimov 8 il, E.Şirinov 6 il 6 ay, V.Həsənov 3 il, Y.İsmayılov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror çıxışında Vurğun İbrahimovun 9 il, Emin Şirinovun 8 il 6 ay, Vurğun Həsənovun 4 il və Yunus İsmayılovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.

Son xəbərlər

Orphus sistemi