Apelyasiya Məhkəməsi "İdeal"ın cərimələnməsi işi üzrə qərar verib

Apelyasiya Məhkəməsi "İdeal"ın cərimələnməsi işi üzrə qərar verib Bakı Apelyasiya Məhkəməsində “İdeal Kompani” MMC-nin 5212 ABŞ dolları cərimələnməsi barədə qərardan verilən şikayətə baxılıb.
Hadisə
26 İyul , 2019 16:34
Apelyasiya Məhkəməsi İdealın cərimələnməsi işi üzrə qərar verib

Bakı Apelyasiya Məhkəməsində “İdeal Kompani” MMC-nin 5212 ABŞ dolları cərimələnməsi barədə qərardan verilən şikayətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Xəzər Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarı ləğv edilib və işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsinə qərar verilib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “İdeal Kompani” MMC" barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib. İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“İdeal Kompani” MMC-nin 26.060,31 avro məbləğində xarici valyuta vəsaitinin 20% məbləğində cərimə edilməsinə dair Xəzər Rayon Məhkəməsinin qərarından şikayət verib.

“İdeal Kompani” MMC parfümeriya və kosmetika satışını həyata keçirən mağazalar şəbəkəsinə sahibdir. Şəbəkəyə 15 mağaza daxildir.

Son xəbərlər

Orphus sistemi