Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev Samuxda dəfn edilib - YENİLƏNİB

Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev Samuxda dəfn edilib - YENİLƏNİB Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olan Qarayev İlkin Yusif oğlu ilə Samux rayonu Seyidlər kəndində vida mərasimi keçirilir.
Hadisə
29 sentyabr 2023 07:50
Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev Samuxda dəfn edilib - YENİLƏNİB

Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı antiterror tədbirləri zamanı şəhid olan İlkin Yusif oğlu Qarayev Samuxda Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, İlkin Yusif oğlu Qarayev Dövlət Sərhəd Xidmətinin əsgəri olub.

10:58

Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Qarayev İlkin Yusif oğlu ilə Samux rayonunun Seyidlər kəndində vida mərasimi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, vida mərasimində şəhidin yaxınları, hərbçilər, Samux rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları və sakinlər iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhid Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, İlkin Qarayev 9 ayın əsgəri olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Son xəbərlər

Orphus sistemi