Yuxarı

ANS ÇM radiosu məhkəmə qərarlarından şikayət edib

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hər üç iclas aprelin 8-nə təyin edilib

Bakı. 2 aprel. REPORT.AZ/ ANS ÇM Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında məhkəmə çəkişməsi davam edir.

Report"un məlumatına görə, ANS ÇM radiosu Səbail Rayon Məhkəməsinin çıxardığı qərarlardan apellyasiya şikayətləri verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hər üç iclas aprelin 8-nə təyin edilib. İşə hakimlər Əmir Bayramovun, Həsən Əhmədovun və Rizvan Səfərovun sədrlikləri ilə baxılacaq.

Qeyd edək ki, ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS ÇM radiosunun MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib.

MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS ÇM radiosu yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS ÇM radiosu apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi