Anasının tanışını bıçaqlayan gənc məhkəmədə ifadə verib

Anasının tanışını bıçaqlayan gənc məhkəmədə ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Ə.Q.-nin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
11 İyun , 2019 12:05
Anasının tanışını bıçaqlayan gənc məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Ə.Q.-nin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Ə.Q. əvvəllər tanımadığı Elvin Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla vurub.

Ə.Q. elan olunmuş ittihamla özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Hadisə baş verən vaxt 16 yaşı olduğunu deyən Ə.Q. Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

O bildirib ki, Elvinin anası ilə telefon danışığından şübhələnib və səs yazısına qulaq aslb: "Sonda sağollaşanda anama" sağ ol, balam" dedi. Bu sözdən sonra əsəbiləşdim".

Görüş zamanı tərəflər arasında mübahisə yaranıb və Ə.Q. Elvini bıçaqla vurub.

Təqsirləndirilən şəxs vurğulayıb ki, zərərçəkmiş tərəflə barışıq əldə edilib.

Məhkəmədə ifadə verən zərərçəkmiş Elvin Əliyev hazırda səhhətində heç bir problem olmadığını deyib. O, Ə.Q.-nin dediklərini təsdiq etməyib, onun anası ilə münasibəti olmadığını bildirib.

Proses davam edəcək.

Ə.Q-ya qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi