Anasının qətlində iştirakda şübhəli bilinən qızın bahalı avtomobili - FOTO

Anasının qətlində iştirakda şübhəli bilinən qızın bahalı avtomobili - FOTO Onun keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib
Hadisə
7 Yanvar , 2016 12:43
Anasının qətlində iştirakda şübhəli bilinən qızın bahalı avtomobili - FOTO

Onun keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin qızı Günel Hüseynovanın keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib. “Report”un xəbərinə görə, o, M.Namidzadəyə qarşı dələduzluqda təqsirləndirilərək 9 il həbs cəzası alıb.

G.Hüseynovanın indiki sevgilisi isə M.Namidzadəyə Mərkəzi Univermaqda qızıl alqı-satqısında kömək edirmiş. Onun adı Asimdir, soyadı isə açıqlanmayıb. Həmin şəxs də istintaqa cəlb edilib.

Hüseynovaya məxsus “Audi” markalı avtomobil hazırda qətl baş verən Feyzulla Qasımov,17 ünvanının qarşısındadır. “Report”un əməkdaşı həmin avtomobilin fotolarını çəkib.

G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi