Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır

Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
5541
15 Avqust , 2020 14:50
Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır

Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim İlham Mahmudovun icraatındadır.

Qeyd edək ki, hadisə yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində baş verib. 

1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. 

Ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. 
 

Son xəbərlər

Orphus sistemi