Anasını döyərək öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Anasını döyərək öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 13 dekabr. REPORT.AZ/ Anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
3022
13 Dekabr , 2018 18:43
Anasını döyərək öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, C.İslamovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, hadisə bu il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızı İslamovanı döyüb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Z.İslamova fevralın 26-da orada ölüb.

Cəmil İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi