Anasına zəng edən şəxsi öldürən gəncin məhkəməsi başlayıb

Anasına zəng edən şəxsi öldürən gəncin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprel 6-na təyin edilib
Hadisə
1 Aprel , 2016 14:28
Anasına zəng edən şəxsi öldürən gəncin məhkəməsi başlayıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əsgər Sultanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprel 6-na təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Abşeronun Mehdiabad qəsəbəsində baş verib. 1958-ci il təvəllüdlü Təhməz İsmayılov aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya çatdırılan zaman yolda ölüb. Mehdiabad polis əməkdaşlarının araşdırması nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı gənc saxlanılıb. Əsgər Sultanov törətdiyi cinayəti etiraf edib. İlkin ifadələrə görə, Təhməz İsmayılov Ə.Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Əsgər Sultanov bundan xəbər tutduqdan sonra T.İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, T.İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Ə.Sultanov "Digah işıqforu" deyilən yerdə (28 may küçəsində) T. İsmayılova bıçaqla zərbə endirib və hadisə yerini tərk edib.

Son xəbərlər

Orphus sistemi