Anar Bağırov: "Vəkillərin elektron sorğu göndərmək problemləri var"

Anar Bağırov: "Vəkillərin elektron sorğu göndərmək problemləri var" "Bu gün vəkillər elektron məktub göndərə bilmirlər. Bu bizim üçün çox böyük vaxt itkisidir. Çünki məktub yazıb verirlər poçta, prosedur qaydası da vaxt alır".
Hadisə
25 May , 2022 11:26
Anar Bağırov: Vəkillərin elektron sorğu göndərmək problemləri var
Anar Bağırov

"Bu gün vəkillər elektron sorğu göndərə bilmirlər. Bu bizim üçün çox böyük vaxt itkisidir. Çünki məktub yazıb verirlər poçta, prosedur qaydası da vaxt alır".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.

O bildirib ki, elektron sorğu ilə bağlı problemin aradan qaldırılması üçün ciddi vəsait tələb edilir: "Biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Lakin fəaliyyətimizə dövlət qurumları da, cəmiyyət də dəstək verməlidir. Vəkilliyin gücləndirilməsi birinci növbədə dövlətə lazımdır. Elektron məktub göndərilməsi bizim vaxt qazanamağımız deməkdir. Bununla bağlı mən şəxsən bir sıra aidiyyəti qurumlarla danışıqlar aparıram. Lakin bu, tək bizim səlahiyyətlərimiz çərçivəsində deyil".

"Rayonlarda vəkillərin fəaliyyətinin yaxşılaşdırılması, sayının artırılması üçün tədbirlər görülməlidir. Çünki regionlarda vətəndaşa keyfiyyətsiz hüquqi yardım göstəriləndə onlar dövlətdən şikayət etməyə başlayırlar. Bu kimi halların qarşısının alınması üçün biz mütəmadi problemləri müzakirə edirik, həlli yollarını axtarırıq. Elə vətəndaşlar olub ki, məni görəndə yaxınlaşıb öz problemlərini deyiblər. Hansı ki başqa məmurlara, şəxslərə yaxınlaşıb etibar edib, söz deyə bilməyiblər. Mən də bu etimadı doğrultmaq üçün çalışmışam ki, həmin vətəndaşların problemlərini həll edim", - A.Bağırov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi