Anar Bağırov vəkillərə xəbərdarlıq edib

Anar Bağırov vəkillərə xəbərdarlıq edib "Vəkillər bəzən bir-birinin fəaliyyətini ictimai şəkildə müzakirəyə çıxarır".
Hadisə
25 May , 2022 11:30
Anar Bağırov vəkillərə xəbərdarlıq edib
Anar Bağırov

"Vəkillər bəzən bir-birinin fəaliyyətini ictimai şəkildə müzakirəyə çıxarır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.

O bildirib ki, problem varsa, bunu vəkillər öz aralarında həll etməlidirlər: "Vəkillər belə məsələləri ictimai müzakirəyə çıxarmasınlar. İctimailəşdirəndə vəkil hörmətdən düşür. Hər kəsin şərəf və ləyaqəti var. Vəkillərin nüfuzu vəkillərdən asılıdır. Biz öz nüfuzumuzu qorumasaq, heç kim bizə dəstək verməyəcək".

Son xəbərlər

Orphus sistemi