Anar Bağırov ölkədə vəkillərin fəaliyyətindən danışıb

Anar Bağırov ölkədə vəkillərin fəaliyyətindən danışıb "Biz hər şey ideal olduğunu idda etmirik, amma bu problemləri bilir və həll etməyə çalışırıq. Ən böyük problemimiz gənclərin vəkilliyə üz tutmaması idi".
Hadisə
25 May , 2022 11:12
Anar Bağırov ölkədə vəkillərin fəaliyyətindən danışıb
Anar Bağırov

"Biz hər şey ideal olduğunu idda etmirik, amma bu problemləri bilir və həll etməyə çalışırıq. Ən böyük problemimiz gənclərin vəkilliyə üz tutmaması idi".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.

O bildirib ki, artıq gənclərin vəkilliyə cəlb edilməsi ilə bağlı problem həll edilib:

"Vəkillik üçün müraciət edənlərin sayı artır. Buna da səbəb qanunların aliliyi və vəkillərin fəaliyyətinə verilən dəstək, qayğıdır. Biləsiniz ki, bu gün başqa ölkələrdə Azərbaycanda vəkillərin fəaliyyəti və yaradılan tədris mərkəzləri nümunə götürülür".

"Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəhbər seçiləndə rayonlardan vəkillər mənə zəng edirdilər ki, pul ala bilmirik. Amma mən bunu prioritet məsələ kimi qarşıya qoydum və həll etdim. Bu gün heç bir vəkil belə söhbətlər etmir. Monitorinqlər aparırıq, vəkillərin problemləri ilə maraqlanırıq və onların müsbət fəaliyyətini dəstəkləyirik. Bizə əsas vacib olan vəkillərin vətəndaşların hüquqlarını müdafiə etməsidir. Bu gün bu sahədə korrupsiya şəraiti tamamilə aradan qaldırılıb", - A.Bağırov qeyd edib.

Son xəbərlər

Orphus sistemi