ANAMA Xızıda 98 ədəd partlamamış hərbi sursat tapıb

ANAMA Xızıda 98 ədəd partlamamış hərbi sursat tapıb Giləzi qəsəbəsində 1 otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib
Hadisə
30 Noyabr , 2017 00:40
ANAMA Xızıda 98 ədəd partlamamış hərbi sursat tapıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, 29 noyabr tarixində yerli sakin tərəfindən daxil zəngə əsasən, Giləzi qəsəbəsi ərazisində 1 otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 98 ədəd partlamamış hərbi sursat (PHS), 250 ədəd partlamış-yanmış mərmi qalıqları və 988 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 289 450 kv.m (28.95 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 84 gün ərzində 20 604 ədəd partlamamış hərbi sursat (PHS), 10 232 ədəd partlamış-yanmış sursat qalıqları və 73 073 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 71 934 512 kv.m (7 193 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Son xəbərlər

Orphus sistemi