ANAMA Xızıda 165 ədəd partlamamış hərbi sursat aşkar edib

ANAMA Xızıda 165 ədəd partlamamış hərbi sursat aşkar edib Nəticə etibarilə 830 180 kv.m (83.02 ha) ərazi yoxlanılıb
Hadisə
8 Noyabr , 2017 02:06
ANAMA Xızıda 165 ədəd partlamamış hərbi sursat aşkar edib
ANAMA

Bakı. 8 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliyiklərinin birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

“Report” xəbər verir ki, noyabrın 7-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 165 ədəd partlamamış hərbi sursat (PHS), 154 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 557 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 830 180 kv.m (83.02 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 63 gün ərzində 14 568 ədəd partlamamış hərbi sursat (PHS), 6 621 ədəd partlamış-yanmış sursat qalıqları və 62 559 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 61 445 822 kv.m (6 145 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi