ANAMA Tovuzda 3 evin həyətini mərmilərdən təmizlədi

ANAMA Tovuzda 3 evin həyətini mərmilərdən təmizlədi 2020-ci il 18 İyul tarixində Tovuz rayonun Dondar Quşçu və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi
Hadisə
19 İyul , 2020 03:17
ANAMA Tovuzda 3 evin həyətini mərmilərdən təmizlədi

2020-ci il 18 İyul tarixində Tovuz rayonun Dondar Quşçu və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 6 (altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 (bir) siqnal (əməliyyat çağırışı) daxil olub.

ANAMA-dan “Report”a verilən xəbərə görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində 3 ev və həyətyanı sahəyə, 2 əkin və 1 otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılan və partlamış top mərmilərinin qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Son xəbərlər

Orphus sistemi