Yuxarı

​ANAMA Tərtər və Ağdamda 11 partlayış yerinə baxış keçirib

Nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarıda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, 18 İyul tarixində 1 ev və həyatyanı sahə, 1 əkin sahə, 11 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Mahrızlı kəndi - 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götrülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 1 əkin sahəsi, 7 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu

Həsənqaya kəndi – 1 ev və həyatyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 1 ev və həyatyanı sahə, 4 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi