Yuxarı
    Bağlamaq

    Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib

    Əməliyyatlar Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında həyata keçirilib

    Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik(ANAMA) aprelin 13-də Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında növbəti hesabatını yayıb.

    "Report"un məlumatına görə, ümumilikdə 7-13 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 176 ev və həyətyanı sahəyə, 4 ferma və 1 əkin sahəsinə baxış keçirilib, 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

    Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

    Tərtər rayonu

    Qapanlı kəndi – Gün ərzində Qapanlı kəndində 2 ev və həyətyani sahələrdə 9 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

    Əskipara kəndi – 4 ferma və 10 partlayış yerinə baxış keçirilib, 1 əkin sahəsində 30 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar olunaraq, götürülüb.

    Ağdam rayonu

    Əfətli kəndı – 4 həyətyanı sahəyə baxış keçirilib, 3 ədəd torpaq altında partlamış qrad raketinin qalıqları çıxarılıb.

    Goranboy rayonu

    Tapqaraqoyunli kəndində - 12 ev və həyətyanı sahələrdə 14 partlayış yerinə baxış keçirilib, 13 ədəd partlamış və 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

    Füzuli rayonu

    Mizənağılı kəndində - 2 ev və həyətyanı sahələrdə 2 partlayış yerinə, Qazaxlar kəndində - 1 ev və həyətyanı sahələrdə 1 partlayış yerinə, Əhmədalılar kəndində - 2 ev və həyətyanı sahələrdə 2 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış sursatların qəlpələri və qalıqları götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi