Yuxarı

ANAMA son 11 gündə 137 ədəd PHS zərərsizləşdirib

Təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib. "Report"un xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Tərtər rayonunun Qaradağlı kəndində 4 ev və həyətyanı sahələrdə 5 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 16 000 kv.m. ərazi yoxlanılıb.

Qapanlı kəndində 2 ev və həyətyanı sahələrdə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 8 000 kv.m. ərazi yoxlanılıb.

Cəmi 6 ev və həyətyanı sahə, 18 partlayış yeri və 24 000 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonunun Qaxdud kəndində 2 ev və həyətyanı sahələrdə 2 partlayış yerinə baxış keçirilib, 2 partlamış sursat aşkar edilib və nəticə etibarlı ilə 210 kv.m ərazi yoxlanılıb.

Cəmi 2 ev və həyətyanı sahə, 2 partlayış yeri və 210 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində şəhər və ətrafında 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 1 735 kv.m ərazi yoxlanılıb.

Cəmi 13 partlayış yeri və 1 735 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Evoglu kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 3 000 kv.m ərazi yoxlanılıb.

Bu gün Agentlik tərəfindən 8 ev, 35 partlayış yeri, 2 əkin sahəsi və 28 945 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7-18 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 278 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi