Yuxarı

ANAMA: "Qrad" raketinin mühərrik hissəsi və OF-56 top mərmisi aşkarlanıb

Gün ərzində 21 190 kv. m ərazi təmizlənib

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi, Ağdam, Goranboy və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb. 

ANAMA-dan "Report"a verilən məlumata görə, mayın 23-də 6 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 122 mm-lik partlamamış OF-56 top mərmisi) tapılıb və gün ərzində 21 190 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 9 500 kv. m ərazi yoxlanıb.

Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, və nəticə etibarilə 4 000 kv. m ərazi yoxlanıb.

Cəmi: 3 ev və həyatyanı sahə, 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 13 500 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonu

Hacılar kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarilə 1 000 kv. m ərazi yoxlanıb.

Cəmi: 2 ev və həyətyanı sahə, 2 partlayış yeri aşkar edilib və nəticə etibarilə 1 000 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarilə 1 000 kv. m ərazi yoxlanıb.

Cəmi: 1 ev və həyətyanı sahə, 1 partlayış yeri aşkar edilib və nəticə etibarilə 1 000 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 690 kv. m ərazi yoxlanıb.

Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və nəticə etibarilə 690 kv. m ərazi təmizlənib.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik OF-56 top mərmisi aşkar edilərək götürülüb və nəticə etibarilə 5 000 kv. m ərazi yoxlanıb.

Cəmi: 1 əkin sahəsi, 1 partlayış yeri aşkar edilmiş, 1 ədəd partlamamış 122 mm-lik OF-56 top mərmisi aşkarlanıb və nəticə etibarilə 5 000 kv. m ərazi təmizlənib (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı). 

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 453 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi