Bakı. 3 yanvar. REPORT.AZ/ ANAMA 2018-ci il ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabat yayıb.
“Report” xəbər verir ki, ötən il Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəllabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, İsmayıllı, Lənkəran, Masallı, Naftalan, Qaradağ, Qax, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 45,492,690 m² (4 549.27 ha) ərazi yoxlanılmış, 11,743 ədəd partlamamış hərbi sursat (PHS), 29 ədəd piyada əleyhinə və 17 ədəd tank əleyhinə mina (cəmi 11,789 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2018-ci il ərzində
Eyni zamanda 2018-ci ilin ərzində Tərtər və Gədəbəy rayonları ərazisində 2 mina hadisəsi qeydə alınıb, nəticədə 3 mülki vətəndaş bədən xəsarətləri alıb.