ANAMA-nın əməkdaşı minaya düşüb

ANAMA-nın əməkdaşı minaya düşüb Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə
27 İyul , 2021 14:51
ANAMA-nın əməkdaşı minaya düşüb
0 : 00
0 : 00

İyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə "Report"a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi