ANAMA karantin dövründə 132 partlamamış hərbi sursatı zərərsizləşdirib

ANAMA karantin dövründə 132 partlamamış hərbi sursatı zərərsizləşdirib Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin aprel ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
Hadisə
1 May , 2020 03:17
ANAMA karantin dövründə 132 partlamamış hərbi sursatı zərərsizləşdirib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin aprel ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Agentlikdən “Report”a verilən məlumata görə, 2020-ci ilin aprel ayı ərzində Agentliyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 18, Dövlət Sərhəd Xidmətindən - 7 və Rayon Polis Şöbəsindən - 1 müraciət daxil olub.

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 10 855 m² ərazi yoxlanılıb, 128 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina və 797 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Xüsusi karantin dövrü ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 21, Dövlət Sərhəd Xidmətindən - 7 və Rayon Polis Şöbəsindən  - 1 müraciət əsasında Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə 11 555 m² ərazi yoxlanılıb, 130 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina və 797 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 543 456 292 m² (54 345,63 ha) ərazi təmizlənib, 807 315 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi