ANAMA iyulda Azərbaycanda tapılan mina və partlamamış hərbi sursatların sayını açıqlayıb

ANAMA iyulda Azərbaycanda tapılan mina və partlamamış hərbi sursatların sayını açıqlayıb Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb
Hadisə
3 Avqust , 2017 19:01
ANAMA iyulda Azərbaycanda tapılan mina və partlamamış hərbi sursatların sayını açıqlayıb

Bakı. 3 avqust. REPORT.AZ/ Cari ilin iyul ayı ərzində 1 659 190 m2 (165.91 ha) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 517 ədəd PHS, 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (519 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 516 nəfər əməliyyat heyəti və 135 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 405 672 483 m2 (40 567.24 ha) ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 926 -dır.

İyul ayı ərzində təcili və təxirəsalınmaz əməliyyatlar üzrə 102 Xidməti Zəng Mərkəzindən 4 müraciət, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 4 müraciət və 102 Xidməti Zəng Mərkəzi ilə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən birgə 2 müraciət daxil olub. Müraciətlərin əsasında 8 895 m2 ərazi təmizlənib, 61 ədəd PHS, 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (63 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşınaraq zərərsizləşdirilib.

İyul ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Ağstafa, Cəbrayıl, Bərdə, Gəncə, Tərtər, Qazax, Şəmkir və Lənkəran rayonlarında, eləcə də Bakı şəhərində həyata keçirilib.

Qeyd edək ki, cari ilin iyul ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi