ANAMA və GİCHD minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

ANAMA və GİCHD minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) Layihə əlaqələndiricisi Rana Elias və məsləhətçisi Evans Ronald ilə görüş keçirib və minatəmizləmə sahəsində
Hadisə
22 Noyabr , 2022 12:46
ANAMA və GİCHD minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) Layihə əlaqələndiricisi Rana Elias və məsləhətçisi Evans Ronald ilə görüş keçirib və minatəmizləmə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, mina təhlükəsi ilə mübarizə sahəsində İnformasiyanın İdarə Edilməsi Sisteminin (IMSMA) tətbiqi prosesində ANAMA ilə GICHD arasında uzun illərə təsadüf edən əməkdaşlıq mövcuddur.

Görüşdə davam edən əməkdaşlığın genişləndirilməsi və istifadə olunan sistemin təkmilləşdirilməsi, eləcə də ANAMA-nın İnformasiya əməkdaşlarına GICHD tərəfindən müvafiq təlimlərin keçirilməsi istiqamətində təkliflər irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi