ANAMA Giləzidə 137 ədəd partlamamış hərbi sursat aşkar edib

ANAMA Giləzidə 137 ədəd partlamamış hərbi sursat aşkar edib 49 ədəd partlamış-yanmış mərmi qalıqları tapılıb
Hadisə
15 Oktyabr , 2017 23:33
ANAMA Giləzidə 137 ədəd partlamamış hərbi sursat aşkar edib
ANAMA

Bakı. 15 oktyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, oktyabrın 15-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat (PHS), 49 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 400 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 195 000 kv.m (19.50 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 44 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 12 415 ədəd partlamamış hərbi sursat (PHS), 5 158 ədəd partlamış-yanmış sursat qalıqları və 37 870 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 46 672 328 kv.m (4 667 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi