2019-cu ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 291 944 kv.m (129,19 ha) ərazi yoxlanılıb, 77 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 80 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
Dekabrda
Agentlik tərəfindən 2019-cu il ərzində 9 059 900 kv.m (906 ha) ərazi yoxlanılıb, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə mina və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.