Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov və NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Apaturay, NATO/NSPA-nın rəsmi nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, eləcə də Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri iştirak edir.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov layihə barədə məlumat verərək bildirib ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib.
O qeyd edib ki, layihənin birinci mərhələsi çərçivəsində 28 ay (Aprel 2012 – İyul 2014) ərzində 64
“ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu"nun “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsi olan 21.395.505 kv.m ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan hökuməti bu vəziyyətlə baglı dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb”- deyə Q.Əhmədov əlavə edib.
Tədbir çıxışlarla davam edib.






