ANAMA avqustda 1192 ədəd PHS və 7 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib

ANAMA avqustda 1192 ədəd PHS və 7 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib Bakı. 1 sentyabr. REPORT.AZ/ ANAMA 2018-ci ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
Hadisə
1 Sentyabr , 2018 22:37
ANAMA avqustda 1192 ədəd PHS və 7 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib

Bakı. 1 sentyabr. REPORT.AZ/ ANAMA 2018-ci ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

“Report” xəbər verir ki, məlumata əsasən, 2018-ci ilin avqust ayı ərzində ANAMA tərəfindən Ağcabədi, Ağdam, Biləsuvar, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, Lənkəran, Masallı, Tərtər rayonları və Gəncə şəhəri ərazisində 538,518 m² (53.85 ha) ərazi yoxlanılıb, 1,192 ədəd partlamamış hərbi sursat (PHS) və 7 ədəd tank əleyhinə mina (cəmi 1,199 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 483 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 530 054,169 m² (53,005.42 ha) ərazi təmizlənmiş, 798,295 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Avqust ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 10 (on) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 10 (on) müraciət daxil olub. Müraciətlər əsasında 7,610 m² ərazi təmizlənmiş, 20 ədəd partlamamış hərbi sursat (PHS) və 6 ədəd tank əleyhinə mina (cəmi 26 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin avqust ayı ərzində 1 mina hadisəsi qeydə alınıb, nəticədə 2 nəfər mülki vətəndaş bədən xəsarətləri alıb.

Son xəbərlər

Orphus sistemi