Yuxarı
    Bağlamaq

    ANAMA 9 partlayış yerinə baxış keçirib

    Gün ərzində 13 min 346 kv. m ərazi təmizlənib

    Bakı. 14 May. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

    ANAMA-dan "Report"a verilən məlumata görə, 14 May tarixində 6 ev və həyətyanı sahədə, 2 otlaq sahəsi daxil olmaqla 9 partlayış yerinə baxış keçirilib, gün ərzində 13 346 kv. m ərazi təmizlənib.

    rtər rayonu

    Tərtər şəhər – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 508 kv. m ərazi yoxlanılıb, heç bir PHS aşkar olunmayıb.
    (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

    Cəmilli kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 9 500 kv. m ərazi yoxlanılıb.

    Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 2 500 kv. m ərazi yoxlanılıb.

    Şıxarx kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 430 kv. m ərazi yoxlanılıb, heç bir PHS aşkar olunmayıb.
    (“102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

    Cəmi: Gün ərzində 6 ev və həyətyanı sahədə, 7 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 12 938 kv. m ərazi yoxlanılıb.

    Füzuli rayonu

    Şükürbəyli kəndi – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 408 kv. m
    ərazi qəlpələrdən təmizlənib.

    Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilib və nəticə etibarilə 408 kv. m ərazi təmizlənib.

    Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 14 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 480 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

    Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi