ANAMA 1 ədəd 152 mm-lik top mərmisini zərərsizləşdirib

ANAMA 1 ədəd 152 mm-lik top mərmisini zərərsizləşdirib Bu gün 3 000 kv. m ərazi yoxlanıb
Hadisə
29 Aprel , 2016 19:27
ANAMA 1 ədəd 152 mm-lik top mərmisini zərərsizləşdirib

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

"Report"un xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, aprelin 29-da Agentlik tərəfindən 10 ev, 12 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib və 3 000 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu

Tərtər şəhəri - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib nəticə etibarilə 2 000 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 1 ev və həyətyanı sahə, 1 partlayış yeri, 2 000 kv.m. ərazi yoxlanılıb.

Ağdam rayonu

Əfətli kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 152 mm-lik top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, nəticə etibarı ilə 1 000 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 1 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat, 1 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 8 ev və həyətyanı sahədə 10 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. (DİN-nin “102” Xidmət Mərkəzinin məlumatı)

Cəmi: 8 ev və həyətyanı sahə, 10 partlayış yeri yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7-29 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 378 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 294 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi