ANAMA 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsini zərərsizləşdirib

ANAMA 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsini zərərsizləşdirib Son 21 gündə 1 293 ədəd PHS, 10 ədəd PMN və 6 ədəd tank əleyhinə mina aşkar edilib
Hadisə
28 Aprel , 2016 19:21
ANAMA 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsini zərərsizləşdirib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

"Report"un xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Agentlik tərəfindən 12 ev, 16 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və 28 970 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu

Yuxarı Qapanlı kəndi – 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 10 500 kv.m. ərazi yoxlanılıb.

Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 9 500 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Buruc kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib. (DİN-in “102” Xidməti Mərkəzinin məlumatı)

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib. (DİN-in “102” Xidməti Mərkəzinin məlumatı)

Tərtər şəhəri - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 10 ev və həyətyanı sahə, 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi zərərsizləşdirilib, 23 500 kv.m. ərazi yoxlanılıb.

Füzuli rayonu

Alıxanlı kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 470 kv.m ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri və 470 kv.m ərazi yoxlanılıb. 

Ağdam rayonu

Çəmənli kəndi – 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Şəfərli qəsəbəsi – 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmi: 2 partlayış yeri və 2 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmi: 2 ev və həyətyanı sahə, 2 partlayış yeri, 3 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7-28 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 368 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 293 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi