Yuxarı
    Bağlamaq

    Ana məhbus oğluna "Ana-bala" yağında telefon ötürmək istəyərkən yaxalanıb

    Fakt üzrə araşdırma aparılır

    Bakı. 16 yanvar. REPORT.AZ/ 5 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gələn anası, Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman "Ana-bala" adlı yağ qabının içərisində gizlədilən 5 ədəd "Nokia" markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

    Fakt üzrə araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi