Bakı. 20 oktyabr. REPORT.AZ/ "Uni-İnfo Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti "Amrahbank" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
"Report"un məlumatına görə, MMC qarantiya müqaviləsinin və həmin müqavilənin yerinə yetirilməsi ilə əlaqədar təminat məktubunun ləğv edilməsi barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.
Qərarla razılaşmayan "Uni-İnfo Holding" apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Amrahbank" 1993-cü ildən faəliyyət göstərir.