​"Amrahbank"a qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi başa çatıb

​"Amrahbank"a qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi başa çatıb Qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
11 Noyabr , 2015 10:18
​Amrahbanka qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi başa çatıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Uni-İnfo Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Amrahbank" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

"Report"un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin bankın xeyirinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. MMC-nin iddiası təmin edilməyib.

Qeyd edək ki, bu il "Uni-İnfo Holding" "Amrahbank"ı məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən şirkət qarantiya müqaviləsinin və həmin müqavilənin yerinə yetirilməsi ilə əlaqədar təminat məktubunun ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərarla razılaşmayan "Uni-İnfo Holding" isə apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi