Yuxarı
    Bağlamaq

    Amnistiya aktının şamil olunduğu 350 məhkum azadlığa buraxılıb

    Azadlığa buraxılanlardan 9-u qadındır

    Bakı. 15 iyun. REPORT.AZ/ Amnistiya aktının şamil olunduğu 350 məhkum iyunun 15-də azadlığa buraxılıb. 

    "Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

    Xəbərdə qeyd olunub ki, azadlığa buraxılanlardan 216-sı Bakıda, 134-ü isə ölkənin digər şəhərlərində yerləşən cəzaçəkmə müəssisələrində cəzaçəkən şəxslərdir. Amnistiya aktının tətbiq olunduğu 350 məhbusdan 9-u qadın, qalanı kişidir. Onlar artıq cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

    Amnistiya aktının icrası Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etmişdi. Amnistiya aktının 10 min məhbusu əhatə edəcəyi gözlənilir. Layihədə 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi