Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb

Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb.
Hadisə
15 fevral 2022 11:24
Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb

Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, 15.02.2022-ci il tarixinə nazirliyin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən "8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı 12 570 nəfərə tətbiq edilib.

Onlardan 5 009-u Penitensiar, 6 759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

Eyni zamanda amnistiyanın tətbiqi nəticəsində 8 138 nəfər ayrı-ayrı cəzalardan azad olunub, 3 630 nəfərin isə cəzası azaldılıb.

Son xəbərlər

Orphus sistemi