Amnistiya Aktı tətbiq edilən 40 qadın məhkumun cəzası azaldılıb

Amnistiya Aktı tətbiq edilən 40 qadın məhkumun cəzası azaldılıb Amnistiya Aktı ilə azdlığa buraxılan qadınların sayı açıqlanıb.
Daxili siyasət
3 Dekabr , 2021 13:10
Amnistiya Aktı tətbiq edilən 40 qadın məhkumun cəzası azaldılıb

"8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktı Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib".

"Report"un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin qadınlardan 40-nın cəzası 6 ay azaldılıb, 24-ü isə azadlığa buraxılıb. Amnistiya Aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib.

11:26

Amnistiya Aktı ilə azdlığa buraxılan qadınların sayı açıqlanıb.

"Report"un xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, noyabrın 5-dən dekabrın 1-dək 34 qadın azadlığa buraxılıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi