AMEA: Qaradağda vulkan püskürən əraziyə işçi qrupu göndəriləcək

AMEA: Qaradağda vulkan püskürən əraziyə işçi qrupu göndəriləcək Vulkan püskürməsi hadisəsi qeydə alınıb
Hadisə
6 Fevral , 2017 15:24
AMEA: Qaradağda vulkan püskürən əraziyə işçi qrupu göndəriləcək

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində vulkan püskürməsi hadisəsi qeydə alınıb.

Bu barədə "Report"a AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsindən məlumat verilib.

İnstitutdan bildirilib ki, vulkanın konkret hansı ərazidə yerləşməsi və adı barədə hazırda dəqiq məlumat yoxdur: "Bizə vulkan püskürməsi və hadisənin hansı ərazidə baş verməsi barədə məlumat verilib. Hazırda vulkan barədə konkret məlumat yoxdur, vulkan sabah qiymətləndirəcək. Sabah səhər saatlarında 3-4 nəfərdən ibarət işçi qrupu həmin əraziyə göndəriləcək".

Əlavə olunub ki, vulkan püskürməsi təxminən 1,5 saat əvvəl qeydə alınıb: "Hadisə Səngəçal və Müşfiqabad qəsəbəsinin arasında baş verib. Həmin ərazi vulkanların sıx cəmləşdiyi yerdir, püskürən vulkanın hansı olmasını bilmək üçün mütləq əraziyə gedib, yaxından müşahidə etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi