AMEA-nın ümumi yığıncağının keçiriləcəyi vaxt prezident seçkisi ilə bağlı dəyişib

AMEA-nın ümumi yığıncağının keçiriləcəyi vaxt prezident seçkisi ilə bağlı dəyişib Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının keçiriləcəyi vaxt dəyişib.
Hadisə
14 Fevral , 2018 18:11
AMEA-nın ümumi yığıncağının keçiriləcəyi vaxt prezident seçkisi ilə bağlı dəyişib
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının keçiriləcəyi vaxt dəyişib.

"Report" xəbər verir ki, bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında məlumat verib. 

Onun sözlərinə görə, əvvəlcədən ümumi yığıncağın aprelin 11-də keçirilməsi planlaşdırılıb: "Lakin bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamla aprelin 11-də ölkədə növbədənkənar prezident seçkiləri baş tutacaq. Buna görə də Akademiyanın ümumi yığıncağını iyun ayında keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi