AMEA-nın qadın əməkdaşının məhkəməsində zərərçəkmiş ifadə verib: "İki dəfə infarkt keçirmişəm"

AMEA-nın qadın əməkdaşının məhkəməsində zərərçəkmiş ifadə verib: "İki dəfə infarkt keçirmişəm" Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib
Hadisə
17 Fevral , 2017 15:01
AMEA-nın qadın əməkdaşının məhkəməsində zərərçəkmiş ifadə verib: İki dəfə infarkt keçirmişəm

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

A.Cahangirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan Mehbarə Sadıxova dindirilib. O, təqsirləndirilən şəxsi 1998-ci ildən tanıdığını deyib: "Aliyə Cahangirova mənə "Elm" nəşriyyatı yaratmaq barədə danışdı. O, buna görə 80 min manat pul lazım olduğunu söylədi. Ona bu qədər pulum olmadığını dedim".

M.Sadıxova vurğulayıb ki, daha sonra tanışlarından pul taparaq, A.Cahangirovaya verib: "Sadəcə, pulu ona köməklik məqsədilə vermişəm. Bir qədər keçəndən sonra isə Aliyənin məni aldatdığını başa düşdüm. O, məndən aldığı 70 min 50 manat pulu bu günə kimi qaytarmayıb. Dəymiş ziyanın ödənilməsini istəyirəm. Həmçinin mənəvi zərər də çəkmişəm".

Zərəçəkmiş qeyd edib ki, həmin hadisələr cərəyan edən zaman Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində inspektor vəzifəsində işləyib: "İxtisasca psixoluqam. Bu şəxsin ərizələri nəticəsində işdən çıxmışam. O, məhkəmə zalında törətdiyi əməli etiraf etsə, Aliyədən şilayətçi olmayacam. Onun hərəkətləri nəticəsində sağlamlığımı itirmişəm, iki dəfə də infarkt keçirmişəm".

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, 1973-cü il təvəllüldü A.Cahangirova iki nəfərə qarşı dələduzluqda təqsirli bilinir. O, həmin şəxsləri nəşriyyat işi görmək üçün aldadaraq, onlardan pul alıb. Zərərçəkmişlərdən biri 70 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə A.Cahangirovaya verdiyini bildiriblər.

A.Cahangirova əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dizayner vəzifəsində çalışıb. O, həbs edilməmişdən əvvəl AMEA-dan öz ərizəsi ilə işdən çıxarıldığını deyib.

Son xəbərlər

Orphus sistemi