Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professoru vəfat edib.
"Report"un məlumatına görə, akademiyanın Botanika İnstitutunun elmi işçisi, biologiya elmləri doktoru Mayis Qasımov dünyasını dəyişib.
Qeyd edək ki, M.Qasımov 1939-cu ildə Naxçıvanda, indiki Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. O,“Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzvlərindən olub.