AMEA-nın keçmiş əməkdaşı apellyasiya şikayəti verib

AMEA-nın keçmiş əməkdaşı apellyasiya şikayəti verib Şikayətə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq
Hadisə
30 May , 2017 17:32
AMEA-nın keçmiş əməkdaşı apellyasiya şikayəti verib

Bakı. 30 may. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Aliyə Cahangirovanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"yn məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 31-nə təyin edilib.

Şikayətə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1973-cü il təvəllüldü A.Cahangirova iki nəfərə qarşı dələduzluqda təqsirli bilinir. O, həmin şəxsləri nəşriyyat işi görmək üçün aldadaraq, onlardan pul alıb. Zərərçəkmişlərdən biri 70 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə A.Cahangirovaya verdiyini bildiriblər.

A.Cahangirova əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dizayner vəzifəsində çalışıb. O, həbs edilməmişdən əvvəl AMEA-dan öz ərizəsi ilə işdən çıxarıldığını deyib.

A.Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi