AMEA-nın keçmiş əməkdaşı Ali Məhkəməyə müraciət edib

AMEA-nın keçmiş əməkdaşı Ali Məhkəməyə müraciət edib Dələduzluqda təqsirləndirilən Aliyə Cahangirova barəsində olan hökmdən kassasiya şikayəti verib.
Hadisə
19 Aprel , 2019 17:16
AMEA-nın keçmiş əməkdaşı Ali Məhkəməyə müraciət edib

Dələduzluqda təqsirləndirilən Aliyə Cahangirova barəsində olan hökmdən kassasiya şikayəti verib.

"Report"un məlumatına görə, Ali Məhkəməyə müraciət edən qadın barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 1973-cü il təvəllüldü A.Cahangirova iki nəfərə qarşı dələduzluqda təqsirli bilinib. O, həmin şəxsləri nəşriyyat işi görmək üçün aldadaraq onlardan pul alıb. Zərərçəkmişlərdən biri 70 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə A.Cahangirovaya verdiyini bildiriblər.

A.Cahangirova əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dizayner vəzifəsində çalışıb. O, həbs edilməmişdən əvvəl AMEA-dan öz ərizəsi ilə işdən çıxarıldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi