AMEA-nın Mərkəzi Elmi Kitabxanasına xarici kitabxanalardan 1173 nüsxə ədəbiyyat daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına xarici kitabxanalardan 1173 nüsxə ədəbiyyat daxil olub Xarici ölkələrdən müraciətlərə əsasən isə müxtəlif kitabxana və təşkilatlara MEK-dən 61 nüsxə ədəbiyyat göndərilib
Hadisə
29 Dekabr , 2016 14:34
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına xarici kitabxanalardan 1173 nüsxə ədəbiyyat daxil olub

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) 2016-cı ilin dekabr ayı ərzində Azərbaycan oxucularının sorğusuna əsasən ədəbiyyat siyahısı tərtib edərək xarici tərəfdaşlara göndərib.  

MEK İctimaiyyətlə əlaqələr bölməsindən "Report"a verilən məlumata görə, müraciət nəticədə MEK-in fondlarına 1173 nüsxə (7 nüsxə kitab, 1165 nüsxə jurnal, 1 xəritə) ədəbiyyat daxil olub.

Ədəbiyyatlar Rusiya Elmlər Akademiyası, Böyük Britaniyanın Coğrafiya Cəmiyyət Kitabxanası,Yaponiya Kimya Cəmiyyəti, Ukrayna Milli Kitabxanası, Polşa Elmlər Akademiyası, Fransa Milli Kitabxanası, Almaniyanın Bavariya Elmlər Akademiyası,Çin Milli Kitabxanası və digər ölkələrin elmi qurum və təşkilatlarından gətirilib.

Xarici ölkələrdən müraciətlərə əsasən isə Mərkəzi Elmi Kitabxanın fondların formalaşdırılması bölməsi tərəfindən müxtəlif kitabxana və təşkilatlara 61 nüsxə ədəbiyyat göndərilib.

Qeyd edək ki, MEK xarici ölkələrin kitabxanaları ilə beynəlxalq kitab mübadiləsini davam etdirir. 

Son xəbərlər

Orphus sistemi