"Amass" şirkətinin cərimələnməsi barədə qərar qüvvədə qalıb

"Amass" şirkətinin cərimələnməsi barədə qərar qüvvədə qalıb Bakı Apelyasiya Məhkəməsində Amass MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından MMC-nin direktoru Musazadə Saməddin Aleddin oğlunun verdiyi şikayətə baxılıb.
Hadisə
17 avqust 2019 13:42
Amass şirkətinin cərimələnməsi barədə qərar qüvvədə qalıb

Bakı Apelyasiya Məhkəməsində "Amass" MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından MMC-nin direktoru Musazadə Saməddin Aleddin oğlunun verdiyi şikayətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda şirkətin cərimə edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək cərimələyib.

Bu inzibati xətaya görə hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"Amass" MMC PVC və alüminium profilləri üzrə ixtisaslaşaraq istehsal, ticarət və xidmət sahələrində fəaliyyət göstərən şirkətidir.

Son xəbərlər

Orphus sistemi