Alyaskada 6,4 bal gücündə zəlzələ olub

Alyaskada 6,4 bal gücündə zəlzələ olub Bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb
Hadisə
24 Yanvar , 2016 15:10
Alyaskada 6,4 bal gücündə zəlzələ olub

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın Alyaska ştatı sahillərində 6,4 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Xəbərə görə, zəlzələ Bakı vaxtı ilə saat 12.30 radələrində baş verib. Zəlzələnin mərkəzi Ankor-Point qəsəbəsindən 82 km aralı olub. Yeraltı təkanların ocağı 142 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi