Altı rayonda yanğın hadisələri baş verib

Altı rayonda yanğın hadisələri baş verib Ağsu, Ağstafa, Kürdəmir, Tovuz, Göyçay və Bakının Binəqədi rayonunda yanğın hadisələri qeydə alınıb
Hadisə
21 İyul , 2015 05:07
Altı rayonda yanğın hadisələri baş verib

Bakı. 21 iyul. REPORT.AZ/ Respublikanın altı rayonunda ötən axşam yanğın baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ağsu, Ağstafa, Kürdəmir, Tovuz, Göyçay və Bakının Binəqədi rayonlarında yanğın hadisələri qeydə alınıb.

Belə ki, Binəqədi rayonunda 10 ha sahədə quru ot yanıb.

Tovuz şəhərində ümumi sahəsi 660 kv.m olan anbarın bir hissəsi yanıb.

Ağstafa rayonunun Poylu qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 6 ha sahədə kol-kos yanıb.

Ağsu rayonunun Padarqışlaq kəndində isə 2,5 ton ot bağlamasının bir hissəsi yanıb.

Oxşar hadisə Kürdəmir rayonunun Şıxımlı kəndində qeydə alınıb. Bu kənddə 14 ton ot bağlaması yanıb.

Nəhayət, Göyçay rayonunun Mırtı kəndində ümumi sahəsi 85 kv.m olan tövlənin dam örtüyü yanıb. 

Son xəbərlər

Orphus sistemi