Alpinist Namin Bünyatzadə dəfn edilib - YENİLƏNİB - FOTO - VİDEO

Alpinist Namin Bünyatzadə dəfn edilib - YENİLƏNİB - FOTO - VİDEO Şəmkir. 17 may. REPORT.AZ/ Quba rayonunda meyiti tapılan alpinist Namin Nizami oğlu Bünyatzadə dəfn edilib.
Hadisə
17 May , 2018 17:58
Alpinist Namin Bünyatzadə dəfn edilib - YENİLƏNİB - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

Şəmkir. 17 may. REPORT.AZ/ Quba rayonunda meyiti tapılan alpinist Namin Nizami oğlu Bünyatzadə dəfn edilib.

"Report"un Qərb bürosu xəbər verir ki, N.Bünyatzadə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib. 

Dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 


***16:31

Şəmkir. 17 may. REPORT.AZ/ Quba rayonunda meyiti tapılan alpinistlərdən biri doğulduğu Şəmkir rayonuna gətirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yeni Həyat kəndində olan baba evinə gətirilən alpinist Namin Nizami oğlu Bünyatzadənin nəşini yaxın qohumları ilə yanaşı kənd sakinləri və ictimaiyyət nümayəndələri qarşılayıblar. Hazırda alpinistin ailə üzvləri və qohumları meyitin dəfn edilməsi üçün hazırlıq işləri görürlər.

Qeyd edək ki, Namin Nizami oğlu Bünyatzadə rayonun Çinarlı qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi